“Bilirik, Rusiya yığması güclüdür, ancaq inanın, biz də zəif deyilik”
27.03.2009 - 11:05
“Rusiya yığması ilə oyunda bizim üçün heç-heçə müsbət nəticə olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanov deyib.
“Bakı-2” komandasının çalışdırıcısı, eyni zamanda millimizin seleksiyaçı məşqçisi olan Süleymanov da Moskvaya yollanıb. Hər iki ölkənin azarkeşləri arasında sabah oyundan əvvəl yoldaşlıq görüşündə həm futbolçu, həm də komandamızın baş məşqçisi olacaq 44 yaşlı həmyerlimiz məşhur rus oyunçu Viktor Onopko ilə birgə “Lujniki” stadionunda “master-klass” keçirəcək. Güclü rəqiblə sabahkı səfər oyununda bir xala qane olan Süleymanov Rusiya mətbuatına açıqlamasında qələbəyə də ümidini ifadə edib: “Əminəm ki, milli komandamızın baş məşqçisi Berti Foqts futbolçuları qələbəyə kökləyir. Rusiya yığmasında ilk növbədə Roman Pavlyuçenko, Andrey Arşavin, Pavel Poqrebnyak, Denis Kolodinlə çəkinirik. Başa düşürük ki, Rusiya yığması güclüdür. Ancaq inanın ki, biz də zəif deyilik”.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0