Petrjela: Rusiya - Azərbaycan görüşü böyük hesabla nəticələnəcək
27.03.2009 - 12:24
Petrjela: Rusiya - Azərbaycan görüşü böyük hesabla nəticələnəcək
“Rusiya – Azərbaycan matçını canlı yayımda izləmək fikrim yoxdur. Matçın epizodlarına baxmaqla kifayətlənəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

Dünya çempionatının sabah keçiriləcək seçmə oyunu ərəfəsində Rusiya mətbuatına müsahibə verən 56 yaşlı çexiyalı mütəxəssis qarşılaşma ilə bağlı proqnoz verib: “Əlbəttə ki, görüş böyük hesabla nəticələnəcək. Azərbaycan yığması qola qədər oynayır. Buraxana qədər dözür, sonra isə dağılır. Bunun üçün rusiyalılar 100 faiz qüvvəsini meydanda qoymalıdır. Ölkə çempionatında oynadıqları kimi, meydana çıxsalar problem yarana bilər”.

Petrjela yığmanın baş məşqçisi Berti Foqtsun da işindən narazılığını bildirib: “Foqts Azərbaycanda yaşamır. Yalnız toplanışlara uçub gəlir. Və bu onun səhvidir. Azərbaycanla uğur qazanmaq üçün daim orada olmalısan, hər şeyi nəzarətdə saxlamalısan”.
0