Foqts: Almaniya və Rusiya dünya çempionatının final mərhələsinin biletlərini sifariş edə bilərlər
27.03.2009 - 14:05
Foqts: Almaniya və Rusiya dünya çempionatının final mərhələsinin biletlərini sifariş edə bilərlər
“Rusiya yığması təkcə oyunun yox, ümumilikdə Almaniya ilə birlikdə seçmə qrupun favoritidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Sabah Rusiya ilə qarşılaşacaq komandamızın almaniyalı çalışdırıcısı rəqibin çox güclü olduğunu etiraf edib: “Almaniya və Rusiya yığmaları dünya çempionatının final mərhələsinin keçiriləcəyi CAR-a biletləri indidən sifariş edə bilərlər. Rəqibimizin Avropa çempionatdakı bütün matçlarını izləmişəm. Deyə bilərəm ki, turnirin ən güclü komandası Rusiya idi. İspaniyaya isə ona görə uduzdular ki, rəqibə həddən artıq hörmətlə yanaşdılar”.
0