Branimir Subaşiç: Azərbaycan Rusiya yığması ilə döyüşmək niyyətindədir
27.03.2009 - 14:20
Branimir Subaşiç: Azərbaycan Rusiya yığması ilə döyüşmək niyyətindədir
“Futbol üzrə Azərbaycan milli komandası martın 28-də Moskvada keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçında Rusiya yığması ilə döyüşmək niyyətindədir”. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında yığmamızın hücumçusu Branimir Subaşiç deyib.

Subaşiç bildirib ki, görüşün favoriti Rusiya olsa da, Azərbaycan məğlub əhval-ruhiyyədə deyil: “Heç kimə sirr deyil ki, Rusiya bu oyunun favoritidir. Rəqibin heyətində usta futbolçular cəmləşib. Onlar çox mütəşəkkildirlər. Biz də lazımi qaydada hazırlaşırıq. Moskvada döyüşməyə çalışacağıq. Bunun üçün ilk növbədə, nizam-intizamlı oynamaq lazımdır”.

Qeyd edək ki, 27 yaşlı Subaşiç hazırda Çinin “Çanqçun Yatay” klubunda çıxış edir. “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
0