Samir Abbasov: heç-heçə bizim üçün uğurlu nəticə olacaq
27.03.2009 - 14:24
Samir Abbasov: heç-heçə bizim üçün uğurlu nəticə olacaq
“Son səfər oyunlarımız eyni qaydada keçib. Rəqib həmişə hücum edib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının müdafiəçisi Samir Abbasov deyib.

Bakının “İnter” klubunda çıxış edən 31 yaşlı futbolçu bildirib ki, sabah Rusiya ilə “Lujniki” stadionunda keçiriləcək rəsmi matçda əks-hücumda qurmağa çalışacaqlar: “Hazırlıq prosesində oyunumuzu necə məşq etdiyimizi sabahkı görüş göstərəcək. Ancaq bu, o demək deyil ki, biz 90 dəqiqə müdafiədə oturacağıq. Nəticəyə gəlincə, heç-heçə bizim üçün uğurlu nəticə olacaq”.

Qeyd edək ki, milli komandamız cari seçmə mərhələdə Uels və Finlandiya yığmaları ilə səfərdə keçirilən rəsmi oyunlarda 0:1 hesabı ilə uduzub.
0