Rusiya - Azərbaycan görüşünə 30 VİP bilet qalıb
27.03.2009 - 14:40
Rusiya - Azərbaycan görüşünə 30 VİP bilet qalıb
Sabah Moskvanın “Lujniki” stadionunda Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək matça məhdud sayda bilet qalıb. Apasport.az saytının məlumatına görə, oyundan iki gün əvvələdək, yəni martın 26-dək satışa çıxarılmış 60 min biletdən 57280-i satılıb.

Bundan başqa, AFFA rəhbərliyi daha 200 bilet sifariş edib. Beləliklə, azərbaycanlı azarkeşlər üçün sifariş olunan biletlərin sayı 6700-ə çatıb. AFFA rəsmilərinin təşəbbüsü ilə biletlər Bakıdan gəlmiş, eləcə Moskvada və digər şəhərlərdə yaşayan soydaşlarımıza pulsuz paylanılır. Ümumilikdə, Rusiya Futbol İttifaqı Azərbaycan tərəfinə 7000 bilet ayırıb.

VİP biletlərlə bağlı da yeni məlumat var. Bu lojaya satışda cəmi 30 bilet qalıb. Həmin biletlərin hər biri 4400 rubladır (təxminən 100 manat).
0