Yığmamız Moskvada cərimələndi, Rəşad Sadıqov isə azdı
27.03.2009 - 15:00
Yığmamız Moskvada cərimələndi, Rəşad Sadıqov isə azdı
Azərbaycan futbolçuları Moskvada xoşagəlməz sürprizlə qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsində növbəti rəsmi oyununu səfərdə Rusiyaya qarşı keçirəcək komandamızın üzvlərini gətirən təyyarə “Domodedovo” hava limanında yerə enib. Bizimkilərin yer aldığı avtobus hava limanında 15 dəqiqədən çox olub ki, bu da müəyyən məbləğin ödənilməsi ilə nəticələnib.

15 dəqiqəyə qədər isə pulsuz nəzərdə tutulub. Futbolçuların heç müxtəlif əşyalar olan çantalarını avtobusa yükləməyə vaxtları çatmayıb. Nəticədə millimizin üzvlərinin yer aldığı avtobus həmin ərazidən çıxarkən, onlara hesab təqdim edilib. Ödənişlə bağlı yubanma, həmçinin milli komandamızın kapitanı Rəşad Sadıqovla bağlı olub. Türkiyənin “Kocaelispor” klubunda çıxış edən 27 yaşlı müdafiəçi Moskvaya gəlməyə elə sevinib ki, az qala paytaxt hava limanında azıbmış.

Qeyd edək ki, ötən ilin payızında “Domodedovo” hava limanında bir saat dayanacağın qiyməti 100 rubl təşkil edir.