Azərbaycan yığması FİFA-nın reytinqində 3 pillə irəlilədi
27.03.2009 - 15:14
Azərbaycan yığması FİFA-nın reytinqində 3 pillə irəlilədi
FİFA qadınlardan ibarət milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız son reytinqlə müqayisədə 3 pillə irəliləyib. Üç ay əvvəl dünyanın 64-cü komandası olan millimiz indi 1361 xalla 61-ci pillədə qərarlaşıb.
Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən İsveç 4-cü, Çexiya 22-ci, Belçika 31-ci, Uels 49-cu pillədə yer alıb. İlk “üçlük”də isə dəyişiklik olmayıb. ABŞ, Braziliya və Almaniya ilk sıralardakı mövqeyini qoruyub.

Qeyd edək ki, qadınlardan ibarət milli komandaların növbəti reytinq cədvəli iyunun 26-da açıqlanacaq.
0