Türk buğaları möhtəşəm seriyanı qıra biləcəklərmi?
28.03.2009 - 00:30
Türk buğaları möhtəşəm seriyanı qıra biləcəklərmi?
Bu gün səfərdə, aprelin 1-də isə öz meydanında İspaniya milli komandası ilə qarşılaşacaq Türkiyə yığması rəqibin möhtəşəm seriyasını qırmalıdır. Apasport.az saytının məlumatına görə, pireneylilər artıq ardıcıl 29 matçdır uduzmur.

Sonuncu dəfə 2006-cı il noyabrın 15-də Rumıniya yığmasına 0:1 hesabı ilə uduzan İspaniya millisi Kadis şəhərindəki uğursuzluqdan cəmi üç ay sonra yeni seriyasını başladı. 2007-ci il fevralın 7-də Mançesterə səfər edən ispanlar futbolun yaradıcılarını minimal hesabla məğlub etdi və o vaxtdan uduzmur.

Braziliya milli komandasına məxsus dünya rekorduna 7 oyunu qalan ispanlar Türkiyə ilə sabahkı oyunda “30” həddinə çatan 6-cı komanda olacaq. Cavab matçında isə komanda şəxsi rekordunu təkrarlamış olacaq.

Dünya futbol tarixinin rekordları

yığma
seriya
Seriyanın ilk 
oyununun vaxtı
Seriyanın 
bitdiyi gün
1. Braziliya
36
16.12.1993
21.01.1996
2-3. Argentina 
31
19.02.1991
15.08.1993
2-3. Ispaniya
31
07.09.1994
28.01.1998
4-5.Macarıstan
30
04.06.1950
04.07.1954
4-5. Fransa
30
16.02.1994
09.11.1996
6-7. Ispaniya 

 29 
07.02.2007 
Davam edir
6-7. Braziliya
29
08.03.1970
09.06.1973
0