“Azərbaycan yığmasına Moskvada xal qazanmaq çətin olacaq”
27.03.2009 - 15:45
“Azərbaycan milli komandasına Moskvada xal qazanmaq çətin olacaq. Güclü heyətə malik Rusiya yığması sürətli, kombinasiyalı futbol nümayiş etdirir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiya milli komandasının sabiq futbolçusu Alan Kusov deyib.
Cari mövsümdən karyerasını Azərbaycanda davam etdirən yarımmüdafiəçi Bakının “Standard” klubunda çıxış edir. Kusov sabah “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan oyununda yığmasını aşkar favorit hesab edir: “Rusiya yığması öz oyun dəst-xətti var. Milli komandamızı Qus Hiddink kimi tanınan, səviyyəli mütəxəssis çalışdırır. Rusiya millisinin aparıcı futbolçuları olan Andrey Arşavinlə Roman Pavlyuçenko İngiltərə Premyer Liqasında çıxış edir. Yığmamızın digər futbolçuları yerli, güclü klublarda oynayırlar. Onlar daim avrokuboklarda çıxış etdiklərini nəzərə alsaq, beynəlxalq oyun təcrübələri malikdir. Bu mənada Azərbaycana belə güclü rəqiblərdən xal almaq çətin olacaq. Dediklərimdən inciməyin, amma yığmanızın Rusiyadan onun meydanında bir xal almaq da yaxşı nəticə olacaq. Rusiyanın Azərbaycanı məğlub etmək şansı böyükdür”.
Alan milli komandamızın heyətində qapıçı Kamran Ağayevi xüsusilə qeyd edib. Milliyətcə osetin olan futbolçunun fikrincə, “Xəzər-Lənkəran”da çıxış edən millimizin əsas qapıçısının yoxluğu rusların işinə yarayacaq: “Milli komandamızın oyununun fraqmentini izləmişəm. Uelslə səfər oyununda qapıçınız Kamran Ağayev çox yaxşı oyun nümayiş etdirdi. Onun zədə üzündən Moskvada iştirak etməməyini yığmamız üçün üstünlük saymaq olar. Həmin görüşdə qapıçınızla yanaşı, müdafiə xəttiniz də yaxşı təsir bağışladı. Yığmanız arxa xətdə nizam-intizamlı oynadı. Hücum edən komandalarla görüşdə müdafiədə belə sıx oynamaq lazımdır. Bu mənada orta sahə oyunçularınız da müdafiəyə kömək etməlidir. Hiddinkdən Azərbaycanla oyunda dəvət gözləmirdim. Mən bütün idman növlərində, hətta biatlonda da Rusiyaya azarkeşlik edirəm”.
Qeyd edək ki, Rusiya yığmasında 1 oyun keçirən Kusov 2003-cü ildə Moskva MOİK-in heyətində ölkə çempionu olub.

0
0