Rusiya - Azərbaycan görüşü canlı yayımlanacaq
28.03.2009 - 00:00
Bu gün Moskvada Rusiya və Azərbaycan yığmaları arasında baş tutacaq görüş ölkəmizdə də canlı yayımlanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, azarkeşlər Bakı vaxtı ilə saat 18:00-da “Lujniki” stadionunda start fiti veriləcək qarşılaşmanı “İdman Azərbaycan” kanalı vasitəsilə izləyə biləcəkələr. Ölkəmizdə futbolun inkişafını nəzərə alan assosiasiya rəhbərliyi matçın canlı yayımlanması məqsədilə yayım hüququ üçün lazımi vəsaiti tam ödəməklə, yayımı adıçəkilən kanala verib.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0