“Neftçi”nin sabiq məşqçisi: Erkən qol vursaq, işimiz xeyli asan olacaq
28.03.2009 - 10:59
“Neftçi”nin sabiq məşqçisi: Erkən qol vursaq, işimiz xeyli asan olacaq
“Azərbaycanla qarşılaşma Rusiya yığmasının bu il keçirdiyi ilk oyundur. Bu səbəbdən komandanın durumunun hansı vəziyyətdə olduğunu görmək maraqlı olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq məşqçisi Yuri Sevidov deyib.

Bu gün keçiriləcək Rusiya – Azərbaycan matçı ilə bağlı fikirlərini açıqlayan rus mütəxəssis erkən qol arzusundadır: “Düşünürəm ki, yığmamızın durumu yaxşıdır. Komandada ötən ilki özünə inam hissi qalıb. Eyni zamanda, sabiq SSRİ-dən olan komandalar Rusiya ilə matça xüsusi köklənirlər. Məncə, oyun heç də asan olmayacaq. Azərbaycan milli komandası heç də zəif deyil və ağır oyun olacaq. Erkən qol vursaq, işimiz xeyli asan olacaq”.
0