Foqts Azərbaycan yığmasının start heyətini açıqladı
28.03.2009 - 11:14
Foqts Azərbaycan yığmasının start heyətini açıqladı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Rusiya ilə oyunda meydana buraxacağı start heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, saat 18:00-da başlayacaq qarşılaşmada yığmamızın qapısını Fərhad Vəliyev qoruyacaq. Müdafiənin mərkəzi isə Rəşad Sadıqovla Saşa Yunisoğluya tapşırılıb. Sol cinahda Rail Məlikov, sağda isə Cəmşid Məhərrəmov yer almalıdır.

Dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq Samir Abbasovla Elmar Baxşıyevin önündə Fabio Luis Ramim qərarlaşacaq. Solda Vüqar Nadirovun, sağda Mahir Şükürovun mübarizə aparacağı yarımmüdafiə xətti yeganə hücumçu Branimir Subaşiçə dəstək olacaq.
0