“Hər şey ilk qolu nə vaxt vuracağımızdan asılı olacaq”
28.03.2009 - 11:37
“Hər şey ilk qolu nə vaxt vuracağımızdan asılı olacaq”
“Ölkəmizdəki hər bir azarkeş kimi, mən də Rusiya yığmasının inamlı qələbə qazanacağını gözləyirəm. Lakin fikrimcə, Azərbaycanla qarşılaşma çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Sergey Kiryakov deyib.

Veteran futbolçu bu gün keçiriləcək Rusiya – Azərbaycan görüşünün taleyini matçda vurulacaq birinci qolla bağlayır: “Hər halda, Azərbaycan yığması yaxşı məşqçiyə malikdir. Onlar müdafiədən oynamaqla, bizə əks-hücumlarda çətin anlar yaşatmağa çalışacaqlar. Rusiya yığmasının o qədər yaxşı oyunçusu var ki, belə rəqibləri öz səviyyəsi ilə üstələmək iqtidarındadır. Hər şey ilk qolu nə vaxt vuracağımızdan asılı olacaq”.
0