Türkiyə milli komandasının 460-cı oyunu
28.03.2009 - 12:18
Türkiyə milli komandasının 460-cı oyunu
Bu gün Türkiyə milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının bürünc mükafatçısı olan türkiyəlilər bu turnirin qalibi olan İspaniya qarşısında imtahan verəcək.

Seçmə mərhələdəki bütün oyunlarda qalib gələn qitə çempionlarından fərqli, uğursuz start götürən Türkiyə yığması da seçmə mərhələdə hələ məğlub olmayıb. Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matç türkiyəlilərin tarixində 460-cı oyun olacaq. İndiyədək 161 dəfə qalib gələn yığma 111 heç-heçə edib və 187 matçda uduzub. Millinin top fərqi heç də ürəkaçan deyil – 591:703.

Bu günkü qarşılaşmanın hakimi olan isveçrəli Massimo Buzakka İspaniya və Türkiyə yığmalarının 9-cu duelinə şahid olacaq. Əvvəlki 8 oyunda pireneylilər 3, türklər 1 qələbə qazanıbsa, görüşlərin yarısı bərabərliklə nəticələnib.

Qeyd edək ki, Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq oyun Türkiyənin NTV kanalı ilə yayımlanacaq.
0