“Lujniki” stadionuna futbolçulardan əvvəl itlər gələcək
28.03.2009 - 12:36
“Lujniki” stadionuna futbolçulardan əvvəl itlər gələcək
Rusiya – Azərbaycan oyunundan əvvəl “Lujniki” stadionu itlərin ixtiyarına veriləcək. Apasport.az saytının məlumatına görə, 70 min azarkeşin izləyəcəyi gözlənilən matçdan öncə kinoloqlar öz xidməti itləri ilə arenanı “müayinə” edəcək.

Tamaşaçılar tribunalara keçidində də ciddi yoxlanışa məruz qalacaqlar. Stadionda çalışacaq 4 mindən artıq milis işçisi hər hansı xoşagəlməz hadisənin yaşanmamağı üçün əlindən gələni edəcək. “Lujniki”yə şüşə qablar və alışan əşyaları buraxılması qadağan olunub. Bundan başqa, Moskva metrosunun stansiyalarını nəzarətə götürəcək milis işçilərinin köməyində “OMON” da duracaq. Onlar stadiona yaxın ərazidə keşik çəkəcəklər.
0