Elton Con, Ağdam çaxırı, İlqar Qurbanov və rus futbolçular
28.03.2009 - 13:21
Elton Con, Ağdam çaxırı, İlqar Qurbanov və rus futbolçular
Azərbaycan milli komandasının Rusiya ilə bu gün keçirəcəyi oyun ərəfəsində rəqib futbolçular imtahan veriblər. Apasport.az saytının məlumatına görə, onlar ölkəmiz haqda biliklərini mətbuatda keçirilən sorğuda ortaya qoyublar. Komandanın kapitanı Sergey Semak, həmçinin Diniyar Bilyaletdinov Azərbaycanla bağlı beş sualdan üçünə düzgün cavab verib. Vladimir Qabulovla Rinat Yanbayev iki, İqor Semşov isə bir cavabı düz tapıb. Denis Kolodin isə Azərbaycanı heç tanımır.

1. Bu klubların hansı Azərbaycanda yoxdur?
a. “İnter”
b. “Olimpik”
c. “Arsenal”

Sergey Semak: “Bilirəm “İnter” var. Digər ikisindən “Arsenal”ı seçirəm”
Vladimir Qabulov: “Azərbaycanda “Olimpik” yoxdur”.
İqor Semşov: “Azərbaycanda “Olimpik” yoxdur”.
Diniyar Bilyaletdinov: “Arsenal” adını xoşlayıram. Azərbaycanda beləsi olsaydı, bilərdim”.
Denis Kolodin: “Azərbaycanda “Olimpik” yoxdur”.
Rinat Yanbayev: “Arsenal”.

2. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun ləqəbi nədir?
a. Buldoq
b. Teryer
c. Şpits

Sergey Semak: “Buldoq deyil, şpits deyil. Deməli Teryer”.
Vladimir Qabulov: “Buldoq”.
İqor Semşov: “Buldoq”.
Diniyar Bilyaletdinov: “Teryer. İt cinslərini yaxşı tanıyaram”.
Denis Kolodin: “Şpits”.
Rinat Yanbayev: “Şpits. Yox, Teryer. Mənim də bir Dobermanım var idi”.

3. Foqts niyə İlqar Qurbanovu yığmadan kənarlaşdırıb?
a. Ona zəng edə bilmədiyindən
b. İlqar hamburger yediyi üçün
c. İlqarın qulaq asdığı musiqidən xoşu gəlmədiyi üçün

Sergey Semak: “Yəqin zəng edə bilmədiyi üçün. Amma mən də hamburger yeyirəm”.
Vladimir Qabulov: “Qardaşımdan eşitmişəm ki, hamburgerə görə”.
İqor Semşov: “Əhvalatdan xəbərim var, hamburger yediyi üçün”.
Diniyar Bilyaletdinov: “Hamburger yeyib, pis qaçıb. Bunları bilirəm”.
Denis Kolodin: “Zəng edə bilməyib”.
Rinat Yanbayev: “Musiqiyə görə”.

4. Elton Con İngiltərə - AFR oyununda futbolun yaradıcılarına qələbə və dünya çempionluğu gətirən hakim Tofiq Bəhramovun xatirəsini necə yad edib?
a. Onun adını daşıyan stadionda konsert verib
b. Ona mahnı həsr edib
c. Bəhramovun şəklini öz yeni albomunun üzərində əks etdirib

Sergey Semak: “Bakıda konsert verib”.
Vladimir Qabulov: “Şəkilini alboma yerləşdirib”.
İqor Semşov: “Mahnı həsr edib”.
Diniyar Bilyaletdinov: “Mahnı həsr edib”.
Denis Kolodin: “Şəkilini alboma yerləşdirib”.
Rinat Yanbayev: “Məni elə öyrədiblər ki, bilmədiyim suallarda a variantını seçirəm”.

5. “Ağdam” nədir?
a. Məşhur ad
b. Portveyn
c. Dağ adı

Sergey Semak: “Portveyn”.
Vladimir Qabulov: “Portveyn”.
İqor Semşov: “Dağdır”.
Diniyar Bilyaletdinov: “İlk dəfə eşidirəm. Yəqin ki, portveyndir”
Denis Kolodin: “Dağdır”.
Rinat Yanbayev: “Addır, yox dağdır”.
0