“Azərbaycan yığmasında milliləşən legionerlərin olmasına təəccüblənmirəm”
28.03.2009 - 14:28
“Azərbaycan yığmasında milliləşən legionerlərin olmasına təəccüblənmirəm”
“Azərbaycan yığmasında milliləşən oyunçuların olması mənim üçün təəccüblü deyil. Bir çox Avropa ölkələrində Latın Amerikasından olan futbolçular yığmaya cəlb olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Sergey Semak deyib.

Bu gün Azərbaycan milli yığması ilə qarşılaşacaq rusiyalıların kapitanı legionerlərin milliləşməni adi hal sayır: “Bu günkü futbolun reallığı odur ki, federasiyalar yaxşı oyunçuları cəlb etməklə, yığmaları gücləndirir. Məncə, Azərbaycan yığması haqda hamının təsəvvürü var. Əvvəllər gördüyümüz komanda o qədər də dəyişməyib. Uels kimi heç də zəif olmayan komanda da bizim rəqibimizə qol vura bilmirdi. Hər şey ilk qolu nə vaxt vuracağımızdan asılı olacaq”.
0