Sensasiya baş vermədi: Yığmamız Rusiyaya uduzdu
28.03.2009 - 19:54
Sensasiya baş vermədi: Yığmamız Rusiyaya uduzdu
Azərbaycan milli
komandası az sonra
2010-cu il dünya
çempionatının
seçmə qrup
mərhələsində növbəti
görüşünə çıxacaq.

Berti Foqtsun rəhbərlik etdiyi
yığma Moskvadakı “Lujniki”
stadionunda Rusiya millisinin
qonağı olacaq.

Apasport.az saytı bu
qarşılaşmadan onlayn reportaj
verməklə yanaşı,
oyunsonrası məşqçi
və futbolçuların fikirlərini
də təqdim edəcək.




2010-CU İL DÜNYA ÇEMPİONATININ SEÇMƏ OYUNU

RUSİYA – AZƏRBAYCAN – 2:0
QOLLAR: Pavlyuçenko, 32; Zıryanov, 72
28 MART, MOSKVA, LUJNİKİ STADİONU. BAŞ HAKİM: SERJ QYUMENNİ (BELÇİKA)

RUSİYA: 1.İqor Akinfeyev, 4.Sergey Iqnaşeviç, 2.Aleksandr Anyukov, 5.Vasili Berezutski, 7.İqor Denisov, 18.Yuri Jirkov, 11.Sergey Semak, 8.İqor Semşov, 17.Konstantin Zıryanov, 10.Andrey Arşavin, 9.Roman Pavlyuçenko

Ehtiyat oyunçular: Vladimir Qabulov, Aleksey Berezutski, Diniyar Bilyatdinov, İvan Saenko, Alan Dzaqoyev, Dmitri Sıçov, Pavel Poqrebnyak

Baş məşqçi: Qus Hiddink

AZƏRBAYCAN: 1.Fərhad Vəliyev, 8.Cəmşid Məhərrəmov, 14.Rəşad Sadıqov, 3.Saşa Yunusoğlu, 2.Rail Məlilov, 4.Mahir Şükürov, 9.Samir Abbasov, 6.Elmar Baxşıyev, 18.Vüqar Nadirov, 17.Fabio Luis Ramim, 10.Branimir Subaşiç

Ehtiyat oyunçular: Rauf Mehdiyev, Rahid Əmirquliyev, Ernani Pereyra, Vaqif Cavadov, Aqil Nəbiyev, Leandro Qomeş, Cavid Hüseynov

Baş məşqçi: Berti Foqts

BİRİNCİ HİSSƏ BAŞLADI
Oyunu təxminən 10 mini həmyerlimiz olmaqla, 75 minə yaxın azarkeş izləyir.

Oyuna milli komandamız başlayır.
5-ci dəqiqədə meydan sahibləri künc zərbəsindən sonra hesabı açmağa yaxın olur.
7-ci dəqiqədə yığmamız rusların qapısı qarşısında ilk təhlükəli vəziyyət yaradır.
10-cu dəqiqə: Pavlyuçenko topa ilk toxunuşunda qapımıza təxminən 23-25 metrdən zərbə endirir. Amma top qapıdan aralı keçir.
13. Millimiz rəqibi əks-hücumda yaxlayır. Ramim qapıya zərbə vursa da, Akinfeyev üçün təhlükəli olmur.
İlk 14 dəqiqə ərzində bərabər oyun gedir.
15. Rusların növbəti hücumu. Semşov cərimə meydanımızda yıxılsa da, baş hakim qayda pozuntusunun olmadığını bildirir.
20. Milli komandamızın hücumları effektsiz alınır.
22. Mahir Şükürovun qapı qarşısına ötürməsini Akinfeyev çətinlik çəkmədən tutur.
22. Saşa Yunisoğlu qayda pozuntusuna görə, sarı vərəqə ilə cəzalandırılır.
27. Ramimin qüvvətli zərbəsi təhlükəli olsa da, Akinfeyev yenə səhvsiz oynayır.
30. Məlikov Semşova qarşı kobud oynayır. Vüqar Nadirov da sarı vərəqə alır.
32. Qol: Pavlyuçenko təxminən 25 metrdən vurduğu qərbə ilə hesabı açır - 0:1
33. Məlikov sarı vərəqə ilə cəzalandırılır.
38. Ramimin uzaqdan növbəti zərbəsi, dəqiq deyil
43. Semşov qapımıza zərbəsi, amma təhlükəli olmur.
44. Ziryanov da uzaqdan zərbə vurmağa üstünlük verir. Amma hesab dəyişmir.
Hakim birinci hissəyə 1 dəqiqə əlavə edir.
İlk 45 dəqiqə başa çatdı.

İKİNCİ HİSSƏ BAŞLADI
Foqts Subaşiçi Cavadovla əvəzləyir.
46.Milli komandamız ikinci hissəyə fəal başlayıb.
50. Ruslar əlverişli vəziyyət yaxalasalar da, hesabı artıra bilmirlər.
54.Hakim meydanın mərkəzində Ramimə qarşı kobud oynayan Semşova sarı vərəqə göstərir.
55. Semakı Dzaqoyev əvəzləyir.
57. Ramim zədələnir, həkimlər ona meydandan kənarda yardım edirlər.
59. Meydana qayıdan Ramin oyunu davam etdirə bilmir. Foqts onun yerinə Leoandro Qomeşi buraxır.
65. Baxşıyev qapıya güclü zərbə endirir. Amma təhlükləli olmur.
68. Elmarın növbəti zərbəsi də dəqiq olmur.
71. Qol: Zıryanov hesabı artırır - 0:2
72. Pavlyuçenkonu Poqrebnyak əvəz edir.
77. Yığmamızın heyətində dördüncü sarı vərəqə. Bu dəfə Samir Abbasov xəbərdarlıq alır..
80. Qomeş rusların cərimə meydanına daxil olub qapıya zərbə vurur, amma top müdafiəçiyə dəyib meydandan çıxır.
87. Künc zərbəsindən sonra ruslar üçüncü qolu vurmağa yaxın olur. Ancaq son anda müdafiəçilər topu cərimə meydanından uzaqlaşdırırlar.
90. Yığmamızın yaratdığı ən real qol vəziyyəti: Cavadovun cərimə meydanı qarşısından vurduğu zərbə qapı dirəyinə dəydi.

OYUN BAŞA ÇATDI
0