Foqts: Qənaətbəxş nəticə qazanmaq üçün təcrübəmiz çatmadı
28.03.2009 - 20:52
Foqts: Qənaətbəxş nəticə qazanmaq üçün təcrübəmiz çatmadı
“Bu oyunda qənaətbəxş nəticə qazanmaq üçün təcrübəmiz çatmadı. Buna baxmayaraq, biz düzgün yoldayıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Az öncə Moskvada Rusiya yığmasına məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında almaniyalı çalışdırıcı bildirib ki, bu oyuna görə, azərbaycanlı jurnalistlərdən kompliment gözləyir: “Biz dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq və 0:2 hesabıyla uduzduq. Məqsədimiz seçmə mərhələnin sonunda 3 və ya 6 xal toplamaq yox, Azərbaycan futbolunu inkişaf etdirməkdir”.
0