Hiddink: Azərbaycan yığması komanda kimi yaxşı oynadı
28.03.2009 - 21:20
Hiddink: Azərbaycan yığması komanda kimi yaxşı oynadı
“Rəhbərlik etdiyim yığmanın bir az da yaxşı oynamaq imkanı var idi. Yetirmələrim daha çox fərqlənə bilərdilər”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkə məxsusdur.

Azərbaycan üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransında holland mütəxəssis bildirib ki, son dəqiqələri istisna olmaqla, komandası müdafiə xəttində elə də səhv buraxmayıb: “Son 2-3 dəqiqəni nəzərə almasaq, ciddi problemimiz olmadı. Axırıncı dəqiqədə isə arxayınçılıq ucbatından az qala qapımızdan qol buraxacaqdıq. Ümumilikdə, Azərbaycan milli komandası yaxşı təsir bağışladı. Rəqib topa nəzarət baxımından üstünlük əldə etdi ki, bu da bizim üçün sürpriz olmadı. Fərdi planda Azərbaycan yığmasının heyətində heç kimi xüsusi qeyd etməzdim. Komanda kimi, yaxşı oynadılar”.
0