Semşov: Sevinirəm ki, Azərbaycan yığmasına 1 yox, 2 qol vurduq
28.03.2009 - 22:05
Semşov: Sevinirəm ki, Azərbaycan yığmasına 1 yox, 2 qol vurduq
“Oyuna bu qədər azarkeşin gəlməsi məni heyrətləndirdi. Sözün açığı, Azərbaycanla matçadək bu qədər azarkeşin gələcəyini gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiya yığmasının futbolçusu İqor Semşova məxsusdur.

Semşov oyundan sonra jurnalistlərə bildirib ki, nəticə elə bir əhəmiyyət daşımır, əsas olan qələbədir: “Görüşə gəlincə, bizə qələbə lazım idi. Hesab elə də əhəmiyyət daşımır. 1 qol da kifayət idi. Lakin sevinirəm ki, rəqibin qapısından 1 yox, 2 qol keçirə bildik”.
0