Arşavin: Azərbaycana qarşı heç də güclü oyun sərgiləmədik
28.03.2009 - 22:09
Arşavin: Azərbaycana qarşı heç də güclü oyun sərgiləmədik
“Fikrimcə, azarkeşlər bizdən tamam başqa futbol gözləyirdilər. Razıyam ki, bu gün heç də güclü oyun sərgiləmədik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan üzərində qazanılan qələbədən sonra Rusiya yığmasının futbolçusu Andrey Arşavin deyib. İngiltərənin “Arsenal” klubunun hücumçusu bildirib ki, yaxşı oynamasalar belə, lazımı nəticəni qazanmağı bacardılar: “Ən əsas da elə budur”.
0