“Foqtsun Azərbaycan yığmasında etdikləri görünür”
28.03.2009 - 22:17
“Foqtsun Azərbaycan yığmasında  etdikləri görünür”
“Çox gərgin qarşılaşma oldu. Əvvəlki oyunlardan fərqli, bu görüşdə xeyli səhv buraxdıq. Amma bunun səbəbini bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının futbolçusu Konstantin Zıryanov deyib.
Yığmamızın qapısına vurulan ikinci qolun müəllifi bildirib ki, bu oyunda qələbəyə daha çox Rusiya layiq idi: “Bəlkə də bu mütləq qələbə qazanmalı olduğumuzdan irəli gəlirdi. Amma yenə də düşünürəm ki, bu gün qələbəyə layiq olan tərəf məhz biz idik. Rəqib bacardığı qədər mübarizə apardı. Xüsusən də arxa xətdə yaxşı təsir bağışladı. Komandada Fotqsun işi görünür. Amma səviyyə baxımından biz rəqibdən tam üstün idik”.
0