Vaqif Cavadov: Bakıda Rusiya yığmasından xal alacağıq
29.03.2009 - 09:55
Vaqif Cavadov: Bakıda Rusiya yığmasından xal alacağıq
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Rusiya ilə matçda yalnız ikinci 45 dəqiqədə meydanda olsa da, oyunu rus həmkarlarımızın diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə bitən görüşdən sonra 20 yaşlı hücumçu Rusiya mətbuatına müsahibə verib.

- Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Yaxşı oyun alındı. Biz qələbə qazanmaq istəyirdik. Moskvaya da üç xal dalınca gəlmişdik. Komandamız özünü yaxşı tərəfdən göstərdi. Deyə bilərəm ki, Rusiya yığması bizim səhvlərdən yararlandı.

- Avropa çempionatının bürünc mükafatçısını udmaq istəyinizi nə ilə izah edirsiniz?
- Birincisi, ona görə ki, Rusiya bizə qarşı elə də köklənməmişdi. İkincisi, hər oyunda istənilən komandanın nəticə qazanmaq şansı var. Rəqibin kimliyindən asılı olmayaraq.

- Komandanızın oyunundan razısınız?
- Bizim komanda oyundan-oyuna artırır. Bugünkü qarşılaşma göstərdi ki, biz düzgün yoldayıq.

- Dolu tribunalar sizi qorxutmadı ki?
- Əksinə. Tribunaların dolu olması bizi daha da ruhlandırırdı. Bu gün Rusiya öz meydanında oynayırdı. Amma Bakıdakı oyunda da pis olmayacaq. Onda yəqin ki, Rusiya yığmasına xal lazım olacaq. Biz isə bu xalları onlardan alacağıq. Asanlıqla təslim olmayacağıq. Qonaqlarımızı isə çox yaxşı qarşılayacağıq, necə ki, bizi qəbul etdilər.

- Arşavin sizə necə təsir bağışladı?
- Arşavin – elə Arşavindir. O, bunu Rusiyada sübut edib. İndi də İngiltərədə sübut etməkdədir.

- Bu günkü oyunda Rusiya yığmasından kimi fərqləndirə bilərsiniz?
- Məncə Zıryanov yaxşı oynadı.
0