Nazim Süleymanov: ...Foqtsa çətin olur
29.03.2009 - 11:03
Nazim Süleymanov: ...Foqtsa çətin olur
“Berti Foqtsun gəlişi ilə milli komandamızda alman nizam-intizamı yaranıb. Ancaq digər dəyişiklikləri müşahidə etmədim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının seleksiyaçı məşqçisi Nazim Süleymanov deyib.

Karyerasının böyük hissəsini Rusiyada keçirən, 1995-ci ildə “Alaniya”nın heyətində ölkə çempionluğunu qazanan keçmiş hücumçu şimal qonşularımızın əsas diqqət mərkəzində olan isimdir. 44 yaşlı Süleymanov Rusiya mətbuatına açıqlamasında alman həmkarı Berti Foqtsun üzləşdiyi çətinliklər, həmçinin milli komandamızın gələcək perspektivi haqda fikir bildirib: “Elə fikirləşməyin ki, Foqtsun təyinatına şübhə ilə yanaşıram. Hamıya məlumdur ki, o, dünyada ən güclü mütəxəssislərdən biridir. Ancaq təkcə məşqçilik bacarığı azdır. Futbolçuların mentalitetini başa düşmək və onları yaxşı tanımaq lazımdır. Buna görə də Foqtsa çətin olur. Hesab edirəm ki, gələcəyimiz parlaqdır. Yaxın 5-7 il ərzində biz Avropada özümüzü göstərməliyik”.

Qeyd edək ki, Süleymanov son vaxtlar “Bakı-2” komandasını çalışdırır.
0