Ponomaryov Emin Quliyevin komandadan qovulmasının səbəbini açıqladı
29.03.2009 - 11:39
Ponomaryov Emin Quliyevin komandadan qovulmasının səbəbini açıqladı
“Emin Quliyevin komandadan kənarlaşdırılmasının səbəbi onun davranışı ilə bağlıdır”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

49 yaşlı mütəxəssis komandanın kapitanı Emin Quliyevin transferə çıxarılmasının təfərrüatını açıqlamaq istəməyib: “Onun komandadan qovulmasına başqa səbəb ola bilməz. Məsələnin dərinliyinə varmaq istəmirəm. Hər halda, bu, klubun daxili işidir. Yalnız onu deyim ki, biz futbolçuya özünə yeni klub tapmağı təklif etmişik”.
0