Rusiya – Azərbaycan oyununda 173 nəfər həbs olunub
29.03.2009 - 13:45
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya – Azərbaycan oyunundan sonra 173 azarkeş həbs olunub. Apasport.az saytının məlumatına görə, Moskva Şəhər Daxili İşlər İdarəsi qarşılaşmanın baş tutduğu “Lujniki” stadionunda 173 nəfəri saxladığını açıqlayıb.
Milis işçilərinin həbs etdikləri şəxslər əsasən gənclərdir ki, onların da saxlanılmağına həddən artıq içkili vəziyyətə düşmələri səbəb olub. İdarə nümayəndələri matçda və oyundan sonra ciddi münaqişələr qeydə alınmadığını bildiriblər.
Qeyd edək ki, təxminən 70 min azarkeşin izlədiyi oyunda asayişi 4000-ə yaxın milis işçiləri və Daxili Qoşunların əsgərləri qoruyub.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0