Ruslar yığmamızın yox, Foqtsun seriyasını qırdı
29.03.2009 - 15:26
Ruslar yığmamızın yox, Foqtsun seriyasını qırdı
Azərbaycan milli komandasının 16 illik uğursuz seriyası yenə qırılmadı. Apasport.az saytının məlumatına görə, yığmamız ilin ilk rəsmi oyununda bu dəfə də qalib gələ bilmədi. Nəticədə həm dünya, həm də Avropa çempionatının seçmə mərhələ oyunlarında qələbə üzünə həsrət qalmışıq.

17 illik tarixi olan millimiz 1994-cü ildə FİFA və UEFA-ya üzv qəbul edildikdən sonra rəsmi oyunlarda iştirak etmək hüququ qazanıb. Həmin vaxtdan indiyədək hər il keçirilən ilk rəsmi görüşlərin sayı 16-ya çatıb. Bunlardan 13-də uduzan yığma yalnız 3-də heç-heçə edib. Berti Foqtsun gəlişi ilə bu uğursuzluq sindromuna son qoyulacağına ümid bəslənilsə də, alman mütəxəssis həm ötən, həm də bu il keçirilən ilk rəsmi matçda məğlub oldu. Rusiya ilə Moskvadakı matçda isə Foqtsun öz seriyası qırıldı. Belə ki, milli komandamız alman mütəxəssisin rəhbərliyi altında ilk dəfə rəsmi oyunda 1-dən çox top buraxdı.

Cari seçmə mərhələdə Uels və Finlandiya ilə səfər oyunlarında 0:1 hesabı ilə uduzan Foqtsun komandası Lixtenşteynlə Bakıda görüşdə qolsuz heç-heçə edib.

1994-cü il
7 sentyabr. Buxarest. Avropa çempionatının (AÇ) seçmə mərhələ oyunu. Rumıniya – Azərbaycan - 3:0

1995-ci il
29 mart. Koşitse. AÇ-nin seçmə mərhələ oyunu. Slovakiya – Azərbaycan - 4:1

1996-cı il
2 iyun. Oslo. Dünya çempionatının (DÇ) seçmə mərhələ oyunu. Norveç – Azərbaycan - 5:0

1997-ci il
2 aprel. Bakı. DÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Finlandiya - 1:2

1998-ci il
5 sentyabr. Koşitse. AÇ-nin seçmə mərhələ oyunu. Slovakiya – Azərbaycan - 3:0

1999-cu il
26 mart. Gimaraynş. AÇ-nin seçmə mərhələ oyunu. Portuqaliya – Azərbaycan - 7:0

2000-ci il
2 sentyabr. Bakı. DÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – İsveç - 0:1

2001-ci il
24 mart. Bakı. DÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Moldova - 0:0

2002-ci il
7 sentyabr. Bakı. AÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – İtaliya - 0:2

2003-cü il
12 fevral. Podqoritsa. AÇ-nin seçmə mərhələ oyunu. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2

2004-cü il
4 sentyabr. Bakı. DÇ-nin seçmə mərhələ oyunu. Azərbaycan – Uels - 1:1

2005-ci il
26 mart. Varşava. DÇ-nin seçmə mərhələ oyunu. Polşa – Azərbaycan - 8:0

2006-cı il
2 iyun. Belqrad. AÇ-nin seçmə mərhələ oyunu. Serbiya – Azərbaycan - 1:0

2007-ci il
24 mart. Varşava. AÇ-nin seçmə mərhələ oyunu. Polşa – Azərbaycan - 5:0

2008-ci il
6 sentyabr. Kardiff. DÇ-nin seçmə mərhələ oyunu. Uels - Azərbaycan - 1:0

2009-cu il
28 mart. Moskva. DÇ-nin seçmə mərhələ oyunu. Rusiya – Azərbaycan – 2:0
0