Rəşad Sadıqov: Rusiyaya ustalıq baxımından uduzduq
29.03.2009 - 15:42
Rəşad Sadıqov: Rusiyaya ustalıq baxımından uduzduq
Azərbaycan yığması Moskvanın “Lujniki” stadionunda dünya çempionatının seçmə mərhələsində keçirilmiş qarşılaşmada Rusiyaya ustalıq baxımından uduzub. Bunu apasport.az saytına açıqlamasında milli komandamızın kapitanı Rəşad Sadıqov deyib. 27 yaşlı kapitanın sözlərinə görə, buraxılan qollarda konkret kimisə günahlandırmaq olmaz.

“Əgər qapımıza qol vurulubsa, bu, ümumilikdə komandanın günahı sayılır. Fikrimcə, Rusiya yığmasından ustalıq səviyyəsində geri qaldıq” - deyə Sadıqov vurğulayıb.

Türkiyənin “Kocaelispor” klubunun da şərəfini qoruyan Rəşad bildirib ki, rəqibin heyətində Andrey Arşavin, Roman Pavlyuçenko kimi futbolçulara qarşı oynamaq problem deyil: “Müdafiəçilər qapının toxunulmazlığını qoruyurlar. Yəni, bu zaman arxa xətdə diqqətli oynamalı, irəlidə komanda yoldaşlarımızı topla təmin etməliyik”.

Sadıqov, həmçinin Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək cavab matçında qənaətbəxş nəticə əldə olunacağını inamını ifadə edib.

Qeyd edək ki, milli komandamız rusiyalılara 0:2 hesabı ilə məğlub olub.
0