Martın sonu və anşlaq bizlik deyil
29.03.2009 - 16:06
Martın sonu və anşlaq bizlik deyil
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya – Azərbaycan görüşünü 60 min azarkeş izləyib. Apasport.az saytının məlumatına görə, matçı təşkil edən Rusiya Futbol İttifaqı oyunu izləyənlərin sayını rəsmən açıqlayıb. Bəzi rus mənbələri rəqəmin 68, hətta 70 min olduğunu iddia etsə də, təşkilatçılar tribunalarda yalnız 60 min seyrçini qeydə alıb.

Bu isə Azərbaycan milli komandasının tarixində ikinci göstəricidir. Rekord isə düz 7 il əvvəl bu günkü tarixdə Kardiffdə Uelslə matçda qeydə alınıb. Maraqlıdır ki, yığmamızın üç ən çox tamaşaçı toplayan qarşılaşması martın sonlarına təsadüf edib. Bu matçların hamısı seçmə mərhələ oyunlarıdır ki, komandamız bu anşlaqların heç birində qol vura bilməyib. İlk “beşlik”də yer alan digər iki qarşılaşma isə apreldə baş tutub və yoxlama matçlarıdır.

Azərbaycan milli komandasının tarixində ən çox tamaşaçının izlədiyi 5 oyun

tarix

oyun

hesab

Şəhər

Tamaşaçı sayı

29.03.2002

Uels – Azərbaycan

4:0

Kardiff

72500

28.03.2009

Rusiya-Azərbaycan

2:0

Moskva

60000

31.03.2005

İngiltərə - Azərbaycan

2:0

Nyukasl

49046

09.04.1996

Azərbaycan – Türkiyə

0:1

Bakı

36000

28.04.2004

Qazaxıstan – Azərbaycan

2:3

Alma-Ata

35000

0