Rusiya - Azərbaycan matçında milisin ağzına bayraq soxdular
29.03.2009 - 16:19
Rusiya - Azərbaycan matçında milisin ağzına bayraq soxdular
Dünən Rusiya və Azərbaycan futbol yığmaları arasında “Lujniki” stadionunda keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup oyunu zamanı qeyri-adi hadisə baş verib. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, oyunun təhlükəsizliyini qoruyan milis əməkdaşlarından biri gözlənilmədən yerə yıxılıb.

Ona azarkeşlər ilkin yardım göstəriblər. Fanatlar bayılan milisin dilinin qatlanmaması üçün onun dişləri arasına bayrağın ağacını soxublar. Bunun nəticəsində milis işçisinin həyatını xilas etmək mümkün olub. İlkin ehtimallara görə, hadisəyə ürək tutması səbəb olub.
0