AFFA hakimlikdən uzaqlaşdırılan Babək Quliyevi əfv edə bilər
29.03.2009 - 16:32
AFFA hakimlikdən uzaqlaşdırılan Babək Quliyevi əfv edə bilər
Hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyev AFFA-nın Apellyasiya Komitəsinə (AK) müraciət edib. Bu barədə apasport.az saytına 35 yaşlı hakimin özü məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl məhkəməyə müraciət etmək istəsə də, hələlik fikrindən daşınıb.

Belə ki, Quliyev məsələni AFFA daxilində həll olunmasını istəyir. Assosiasiyanın Hakimlər Komitəsindən (HK) şikayətçi olan referi AK-nin ədalətli qərar çıxaracağına inanır. O, AK-nə yalnız bu gün müraciət etməsini Novruz bayramı ilə əlaqələndirib: “AFFA işə bu gündən başlayıb. Ona görə də apelyasiyanı bu gün verə bildim. Onların nə vaxt qərar verəcəyini bilmirəm”.

Qeyd edək ki, AFFA-nın Hakimlər Komitəsi bir müddət əvvəl verdiyi qərarla Babək Quliyevlə Anar Niyazovu Premyer Liqa və ölkə kuboku oyunlarından kənarlaşdırıb.
0