Yığmamızın qapıçısı günahını boynuna aldı
29.03.2009 - 17:34
Yığmamızın qapıçısı günahını boynuna aldı
Azərbaycan milli komandasının qapıçısı Fərhad Vəliyev dünya çempionatının seçmə mərhələsində Rusiyaya qarşı matçda (0:2) səhvini etiraf edib. 29 yaşlı futbolçu apasport.az saytına açıqlamasında bildirib ki, 32-ci dəqiqədə buraxılan ilk qolda səhv buraxıb.

“Birinci qolda günahkar olduğumu boynuma alıram. Həmin epizodda qabağımda rəqib oyunçu durmuşdu. Buna görə də topu görə bilmədim. Nəticədə topa gec reaksiya göstərdim və zərbənin qarşısını almağı bacarmadım” - deyə Vəliyev vurğulayıb.

O, cavab görüşündə doğma meydan və azarkeş amili sayəsində uğur qazanacaqlarına inandığını söyləyib: “Bakıda bizim oyunumuz daha yaxşı alınır. Bunun dəfələrlə sübuta yetirmişik. Oktyabrda Rusiyaya qarşı keçirəcəyimiz növbəti matçda qənaətbəxş nəticəyə ümid edirəm”.
0