Milli komandanın oyununda 19 azarkeş öldü - FOTO
30.03.2009 - 09:55
Milli komandanın oyununda 19 azarkeş öldü - FOTO
Kot d’İvurda futbol matçı zamanı faciə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin milli komandası ilə Malavi arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində paytaxt Abicanda keçirilən rəsmi görüşdə 19 nəfər həlak olub.

Əvvəl stadionda qarışıqlıq baş verdiyi haqda məlumat verilsə də, sonradan ölənlərin olduğu dəqiqləşdirilib. İlkin məlumatlara görə, çaxnaşma, basabas stadionun divarı uçandan sonra baş verib. Oyunu 50 minə yaxın azarkeş izləməyə gəlibmiş. Bəzi şahidlər iddia edir ki, polis kütləni saxlamaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu isə qurbanların sayını daha artıra bilərdi.

Qeyd edək ki, rəsmi oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib.
0