Milli komandamızı məğlub edən rus futbolçular mükafatlandırıldı
30.03.2009 - 11:39
Milli komandamızı məğlub edən rus futbolçular mükafatlandırıldı
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının oyunçuları mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, futbolçularımızı məğlub edən rusiyalılar qələbədən iki gün sonra rəsmi təqdimat mərasimində mükafatlarını alıb.

Belə ki, yığmanın baş məşqçisi Qus Hiddink, həmçinin onun köməkçiləri İqor Korneyevlə Aleksandr Borodyuk Rusiyanın əməkdar məşqçisinə verilən vəsiqə və nişanla təltif olunub. Onlarla yanaşı, millinin futbolçuları Diniyar Bilyaletdinov, Vladimir Qabulov, Denis Kolodin, Roman Pavlyuçenko, İvan Sayenko, Dmitri Sıçev, Renat Yanbayev, Aleksandr Anyukov, Andrey Arşavin, İqor Denisov, Konstantin Zıryanov, Vyaçeslav Malafeyev, Pavel Poqrebnyak və Dmitri Torbinski əməkdar idman ustası nişanına sahib olub.

Tədbirdə 2008-ci ilin ən yaxşıları seçilənlər də mükafatını alıb. Hiddink ən yaxşı məşqçi, Yuri Jirkov ən yaxşı oyunçu, Alan Caqoyev mövsümün kəşfi üçün ayrılan mükafata qovuşub.
0