Elxan Məmmədov İngiltərə Premyer Liqasının nümayəndəsini qəbul etdi
30.03.2009 - 12:10
Elxan Məmmədov İngiltərə Premyer Liqasının nümayəndəsini qəbul etdi
AFFA ilə İngiltərənin “UK Sport” şirkəti arasında aparılmış danışıqlar nəticəsində mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində İngiltərə Premyer Liqasının texniki monitorinq üzrə mütəxəssisi Beri Noyels Bakıya səfər edib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu gün assosiasiyanın inzibati binasında baş katib Elxan Məmmədov və Noyels arasında görüş keçirilib. Görüşdə Azərbaycan futbolunun hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışılıb, səmərəli müzakirələr aparılıb.

Qeyd edək ki, Noyels 1998-ci ildən etibarən UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, İngiltərə Futbol Assosiasiyasında istedadların müəyyənləşdirilməsi üzrə mütəxəssis, “Çester Siti” klubunda gənclərdən ibarət komandanın meneceri, “Bləkpul” klubunda gənclərin inkişafı şöbəsinin müdiri, Kumbrian Akademiyasında məşqçi-təlimatçı vəzifələrində çalışıb.
0