Arşavinin xanımı Britaniyanı ayağa qaldırdı - FOTOSESSİYA
30.03.2009 - 12:43
Arşavinin xanımı Britaniyanı ayağa qaldırdı - FOTOSESSİYA
Rusiya yığmasının hücumçusu Andrey Arşavin Britaniya mətbuatının hədəfinə düşüb. Apasport.az saytının məlumatına görə, iki gün əvvəl Azərbaycana qarşı matçda forma geyinən 27 yaşlı futbolçu “Arsenal”da oynamaq üçün Londona qayıtmağa çəkinir.

Belə ki, Britaniya mətbuatı Arşavin və ailəsinə rahatlıq vermir. Futbolçunun xanımı Yuliyanı kəskin təhqir etməkdən belə çəkinməyən həmkarlarımızın Arşavinlərə qəzəblənməyi də təsadüfi deyil. Çünki ingilis mətbuatına açıqlama verən xanım Arşavina bu ölkəni seçdikləri üçün peşman olduğunu bildirib.

Yuliya etiraf edib ki, yeməklərini bəyənmədiyi İngiltərədənsə İspaniyaya getmək daha yaxşı olardı. Britaniyada böyük əks-sədaya səbəb olan bu sözləri Arşavinanın hələ ötən ilin mayında Mançesterə səfər zamanı dedikləri də yada düşüb. Gözəlçə həmin vaxt da ingilis mətbəxinə mənfi münasibətini büruzə vermişdi.
0