Ronaldo müğənni olmaq istəyir
30.03.2009 - 13:10
Ronaldo müğənni olmaq istəyir
2008-ci ildə dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldo müğənni olmaq istəyir. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” klubunun formasını geyinən portuqaliyalı yarımmüdafiəçi bildirib ki, karyerasını bitirdikdən sonra pop-qrup yaratmaq fikrindədir.

24 yaşlı futbolçu yaşıl meydanda çıxışını başa vurduqdan sonra pop müğənnisi olacağını istisna etməyib: “Bir neçə il əvvəl kimsə xatırlatdı ki, braziliyalılar Ronaldo ilə Ronaldinyo qrup yaratsaydılar, əla olardı. Bu ideya çox xoşuma gəldi. Əyləncəli olardı. Onlara idmandan gedəndən sonra bunu xatırladacağam. Biz birinci ola bilərik”.
0