Yuri Jirkov hələ də Azərbaycanla oyundan danışır
01.04.2009 - 11:52
Yuri Jirkov hələ də Azərbaycanla oyundan danışır
“Autsayderlərlə oynayanda effektiv futbol göstərmək çox çətindir. Elə Azərbaycan yığması bizimlə “Lujniki” stadionunda görüşdə öz qapısı arxasına gizlənirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının futbolçusu Yuri Jirkov deyib.

26 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Azərbaycan yığması meydana çıxanda ilk növbədə rəqibə oynamağa imkan verməmək haqda düşünür: “Onların əsas vəzifəsi rəqibə oynamağa imkan verməməkdən ibarətdir. Düzünü desəm, Azərbaycanla görüşdə məni ilk növbədə nəticə razı saldı. Hesabımıza üç xal yazdıq. Fikrimcə, belə rəqiblərlə oyunlarda baxımlılıq arxa plana keçir. Biz heç vaxt müəyyən səviyyədən aşağı düşmürük. Elə Azərbaycanla görüşdə də boşalmadıq. Təbii ki, bu, heç də ən yaxşı oyunumuz olmadı. Ancaq hesab edirəm ki, Azərbaycan üzərində qələbəmizin ədalətli olması ilə heç kəs mübahisə etməməlidir”.
0