Əfsanə qayıdır
01.04.2009 - 13:20
Əfsanə qayıdır
İngiltərə yığmasının sabiq futbolçusu Alan Şirer uzun illər çıxış etdiyi “Nyukasl” klubunun baş məşqçisi təyin olunacaq. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın sonuna 8 tur qalmış bu posta gətirilən mütəxəssis mövsümün sonunadək iş başında olacaq.

Şirerin baş məşqçi olacağı sabah rəsmiləşəcək. Aprelin 4-də “Çelsi” ilə görüşdə baş məşqçi kimi debüt edəcək çalışdırıcının komandası hazırda 18-ci pillədə qərarlaşıb. Premyer Liqada yerini qorumağa çalışan “Nyukasl” 30 matçda 29 xal toplayıb. Cari mövsümün əvvəlində baş məşqçisi Kevin Kiqan olan nyukasllılar hələ ötən ilin payızında onu qovmuşdu. Bu vəzifəni müvəqqəti icra edən Co Kineyr isə ürəyindəki əməliyyatdan sonra işini davam etdirə bilmir.

Avqustun 31-də 39 yaşını qeyd edəcək Şirer 1996-2006-cı illərdə “Nyukasl”ın şərəfini qoruyub. İngiltərə millisində 63 görüş keçirən hücumçunun hesabında 30 qol var.
0