Maradona: Buraxdığımız hər qol sanki ürəyimə vurulan bir xəncər zərbəsi idi
02.04.2009 - 14:18
Maradona: Buraxdığımız hər qol sanki ürəyimə vurulan bir xəncər zərbəsi idi
“Boliviya yığması Argentina üzərində qələbə qazanmağa layiq idi. Bu gün dünyanın heç bir komandası onlara qalib gələ bilməzdi”. Apasport.az saytının məlumata görə, bu sözləri Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona deyib.

Dünya çempionatının seçmə mərhələsində komandasının qrupun autsayderi Boliviyaya 1:6 hesabı ilə uduzmasına üzülən futbol əfsanəsi oyun boyu yaşadığı hissləri təsvir edib: “Komandamızın qapısından keçən hər top ürəyimə vurulan bir xəncər zərbəsi idi”.

Biabırçı məğlubiyyət argentinalı futbolçulara da güclü təsir edib. Onlar matçdan sonra rəqiblə formalarını dəyişməkdən imtina edərək, birbaşa soyunub-geyinmə otağına yollanıblar.
0