Kamran Ağayev nə vaxt oynayacaq?
02.04.2009 - 16:39
Kamran Ağayev nə vaxt oynayacaq?
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin müalicəsi davam edir. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran” klubunda oynayan 23 yaşlı qapıçı iki həftədən sonra oynayacaq.

Komandanın həkimi Boris Xetaqurov qapıçının aprelin 18-də “Bakı” ilə Premyer Liqa oyununda iştirak edə biləcəyini bildirib. Hazırda “Uzun ömür” klinikasında müalicə olunan Ağayevin bərpa kursu üç gün sonra başa çatır. Bundan sonra bir neçə gün istirahət edəcək Kamran ardından komandanın hazırlığına qatılacaq. “Standard” və “Neftçi” ilə qarşıdakı oyunları buraxacaq Ağayevin onurğa sütununda ciddi problem yaranıb. Bel ağrıları Kamrana artıq ay yarımdır meydana çıxmağa imkan vermir. O, bu səbəbdən milli komandamızın Rusiya yığması ilə Moskvadakı rəsmi oyununa aparılmadı.
0