Bizsiz növbəti reytinq
03.04.2009 - 10:39
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin arxada qalan hissəsi üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda bu il beynəlxalq miqyaslı oyunlarda ən azı 3 top vuran 84 futbolçu yer alıb.
Qitə miqyaslı klub turnirlərində və milli komandaların heyətlərində ən çox top vuranların cədvəlinə Brayan Omoni başçılıq edir. Uqandanın “Kampala Siti” komandasının hücumçusu bu il artıq 9 dəfə fərqlənib. Brayan yığmada 6, klubda isə 3 qola imza atıb.
Avropada çıxış edən oyunçular arasında ən yaxşı nəticə Given Sinqulumaya məxsusdur. Finlandiyanın “Haka” klubunun hücumçusu ümumi sıralamada dördüncü yerə şərikdir. Given vurduğu 5 topun hamısını Zambiya yığmasının heyətində vurub.
Türkiyənin “Qalatasaray” klubunun avstraliyalı yarımmüdafiəçisi Harri Kyuell dünyanın 54-cü bombardiri sayılır. Yığmada 1, avrokuboklarda 2 qola sevinən futbolçuya bu göstəricidə şərik olan oyunçular arasında Lukas Podolski də var. Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının hücumçusu da 3 dəfə fərqlənib.

0
0