MOİK-in müdafiəçisinin sevgilisi mükafat qazandı - FOTO
03.04.2009 - 12:32
Bolqarıstanın güclülər dəstəsində çıxış edən MOİK və “Botev” klublarının mübarizəsi stadionların hüdudlarına sığmayıb. Apasport.az saytının məlumatına görə, “Miss Plovdiv” müsabiqəsi iki futbol klubunun rəqabəti kimi tarixə düşüb.
Belə ki, MOİK-in müdafiəçisi Aleksandr Baranekovun sevgilisi Yana Zinkova və “Botev”in şərəfini qoruyan Krasimir Krastevin rəfiqəsi Sveta Avramovanın mübarizəsini futbolçular da izləyib. Futbolda olduğu kimi, gözəllik müsabiqəsində də MOİK qalib gəlib. Sveta isə ilk “üçlük”dən kənar qalaraq, təsəlliverici mükafatla kifayətlənib. Lakin bu qələbəyə MOİK-dən çox “Lokomotiv”in sevinməyə haqqı çatır. Çünki məhz bu idman klubunun üzvü Yana atletikanın yeddinövçülüyü ilə məşğul olur. 21 yaşlı gözəlçə yerli universitetin “Bədən tərbiyəsi” fakültəsinin ikinci kurs tələbəsidir.

0
0