Fasilə bitdi: Əsgər Abdullayev qovulduğu komandaya qarşı
03.04.2009 - 12:47
Azərbaycan Premyer Liqasında ikihəftəlik fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, milli komandamızın Rusiya ilə Moskvadakı rəsmi oyunu arxada qaldıqdan sonra bütün diqqət yenidən çempionata yönələcək.
Vahid lider “Bakı”nı XX turda çətin qarşılaşma gözləyir. Etibarlı müdafiəsi ilə seçilən “Olimpik” Qyoko Hacıyevskinin çalışdırdığı komandanı sınağa çəkəcək. Makedoniyalı mütəxəssis ölkəmizdə ilk məğlubiyyətini “Şəfa” stadionunda “Olimpik”dən alıb. Özü də il yarım öncə keçirilən həmin matçda yenilgi böyük hesablı idi – 0:3. İkinci dövrədə də “təyyarəçilər”ə uduzan (0:1) Hacıyevski qisasını cari mövsümdə aldı. Belə ki, “Bakı” ilk dövrədə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə 3:1 hesabı ilə qələbə qazandı.
Sözsüz ki, “Olimpik” – “Bakı” görüşünü prinsipiallaşdıran əsas məqam Əsgər Abdullayevlə bağlıdır. 49 yaşlı mütəxəssis “Olimpik”ə “Bakı”dan gəlib. “Bakı” tarixində ilk titulunu – ölkə kubokunu 2005-ci ildə Abdullayevin rəhbərliyi altında qazanıb. Bundan bir il sonra istefaya göndərilən məşqçi ardından “Olimpik”in sükanı arxasına keçdi.
Əslində, bu iki paytaxt təmsilçisində sabiqlər çoxdur. Abdullayevin köməkçiləri Novruz Əzimovla Rauf Salamov “Bakı”da da ona yardım edib. Qapıçılar Rauf Mehdiyevlə Elşən Poladov, müdafiəçi Ramin Quliyev, yarımmüdafiəçi Aleksandr Qoqoberişvili, hücumçular Samir Musayevlə Leandro Qomeş “Bakı”da elə Abdullayevin rəhbərliyi altında oynayıblar. “Bakı”da isə müdafiəçi Elvin Əliyevlə braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim “Olimpik”də Abdullayevin futbolçuları olublar.
“Xəzər-Lənkəran” – “Standard” görüşündə də baş məşqçilər bir-birinə yaxşı tanışdır. Qonaqların gürcü baş məşqçisi Badri Kvaratsxeliya Lənkəran klubunun çalışdırıcısı İqor Ponomaryovun rəhbərliyi altında oynayıb. Veteran hücumçu milli komandamızda hər iki rəsmi oyunu – İsveç və Makedoniya yığmaları ilə görüşü Ponomaryovun vaxtında keçirib.
“Neftçi” ilə MOİK cari mövsümdə artıq 4-cü dəfə görüşəcək. Flaqman ölkə kubokunda mübarizədən kənarlaşdırdığı “hərbçilər”lə əvvəlki üç oyunun hamısında qalib gəlib.
4 aprel
16:00. "Bakılı" - "Qəbələ"
Baş hakim: Əmrah İbrahimov
Bakı. Zabrat qəsəbə stadionu
16:00. "Karvan" - "Simurq"
Baş hakim: Fariz Yusifov
Yevlax. Şəhər stadionu
16:00. "İnter" - "Muğan"
Baş hakim: Elçin Məmmədov
Bakı. “Şəfa” stadionu.
5 aprel
16:00. "Olimpik" - "Bakı"
Baş hakim: Zöhrab Qədiyev
Bakı. “Şəfa” stadionu.
16:00. "Qarabağ" - "Turan"
Baş hakim: Anar Salmanov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
17:00. "Xəzər-Lənkəran" - "Standard"
Baş hakim: İmanxan Sultani
Lənkəran. Mərkəzi şəhər stadionu
18:00. "Neftçi" - MOİK
Baş hakim: Elçin Səmədli
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Turnir cədvəli
Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 11, Amiran Muciri (“Bakı”) - 10

| komandalar | O | Q | H | M | T | X |
1 | Bakı | 19 | 15 | 2 | 2 | 43-7 | 47 |
2 | İnter | 19 | 14 | 4 | 1 | 35-10 | 46 |
3 | Xəzər-Lənkəran | 19 | 12 | 4 | 3 | 35-13 | 40 |
4 | Simurq | 19 | 11 | 5 | 3 | 26-14 | 38 |
5 | Olimpik | 19 | 9 | 6 | 4 | 22-12 | 33 |
6 | Qarabağ | 19 | 9 | 5 | 5 | 23-18 | 32 |
7 | Standard | 19 | 9 | 3 | 7 | 18-17 | 30 |
8 | Karvan | 19 | 8 | 2 | 9 | 20-20 | 26 |
9 | Neftçi | 19 | 6 | 6 | 7 | 19-15 | 24 |
10 | Qəbələ | 19 | 6 | 5 | 8 | 22-15 | 23 |
11 | Muğan | 19 | 3 | 2 | 14 | 15-36 | 11 |
12 | Bakılı | 19 | 2 | 3 | 14 | 12-50 | 9 |
13 | Turan | 19 | 1 | 5 | 13 | 8-35 | 8 |
14 | MOİK | 19 | 1 | 2 | 16 | 9-43 | 5 |

0
0