“Styaua” klubunun sahibi həbs olunub - FOTO
03.04.2009 - 15:28
Rumıniyanın “Styaua” klubunun sahibi Cici Bekali həbs olunub. Apasport.az saytının məlumatına görə, rumıniyalı biznesmen adam oğurluğunda ittiham olunur.
Bekali bu ilin yanvarında onun avtomobilini oğurlayan şəxslərin özünü oğurlayıb. Buna görə də “Styaua”nın sahibi ən azı 29 gün həbsxanada yatacaq. Belə ki, beş saat sürən məhkəmə Bekali və ona adam oğurlamaqda kömək edən 4 şəxsin davam edən istintaqın qurtaracağı tarixədək həbsxanada qalmasına qərar verib.
Araşdırmalar isə 29 günə yekunlaşmalıdır. Rumıniyanın ən varlı şəxslərindən biri olan Bekalinin varidatı hələ iki il əvvəl 3,35 milyard dolar təşkil edirdi. Milyarderin vəkili bu ittihamları təhqiredici adlandırıb. Məhkəmə binasının qarşısına toplaşan yüzlərlə “Styaua” azarkeşi qərarla bağlı etiraz aksiyası keçirib.

0
0