Naci Şensoy: Bolqarıstan kubokunu qazanmalıyıq
03.04.2009 - 23:12
Naci Şensoy: Bolqarıstan kubokunu qazanmalıyıq
“Mənim ilk vəzifəm komandanı indiki psixoloji böhrandan çıxarmaqdır. Güclülər dəstəsini tərk etmək qorxusundan əsməkdənsə, ölkə kubokunun finalına çıxmaq və qalib gəlmək haqda düşünməyimiz lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib.

Bolqarıstanın “Pirin” klubunun baş məşqçisi təyin olunan mütəxəssis bu münasibətlə keçirilən mətbuat konfransında iddialı danışıb: “Pirin” Bolqarıstan kubokunu qazanmaq iqtidarındadır və buna layiqdir. Komandanın sükanı arxasına keçəndə heç tərəddüd etmədim. “Pirin”in ciddi böhranda olduğunu düşünmürəm, komanda sadəcə oyanmalıdır. Onlar sanki yuxudadırlar. Bolqarıstan futbolunda böyük tarixə malik “Pirin” rəhbərliyi və oyunçularını da tanıyıram. Bu komanda ilə çox şeyə nail olmaq olar”.

Qeyd edək ki, Bolqarıstan kubokunun ¼ finalında ölkənin ən titullu klublarından biri MOİK-i məğlub edən “Pirin” yarımfinala qədər irəliləyib.
0