Şahin Diniyev 4 futbolçunun qovulmasına şahid oldu
04.04.2009 - 10:17
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiya çempionatının cari mövsümündə ilk dəfə məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssisin çalışdırdığı “Terek” klubunun gənclərdən ibarət komandası doğma meydanda Moskva “Dinamo”suna uduzub - 0:1.
Maraqlıdır ki, komandaların hər biri oyunu 9 nəfərlə başa vurublar. Görüşdə gərginlik elə həddə çatıb ki, hakim həm “Terek”dən, həm də “Dinamo”dan iki futbolçuya qırmızı vərəqə göstərməklə, onları meydandan qovub.
Qeyd edək ki, Diniyevin komandası əvvəlki iki turda qələbə qazanmışdı. Üçüncü turdakı məğlubiyyət nəticəsində Qroznı təmsilçisi turnir cədvəlində üç pillə geriləyib. Hazırda hesabında 6 xal olan “Terek” 6-cı yerdə qərarlaşıb.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0