Azərbaycanlı futbolçu Ueyn Runidən qisas alacaq
04.04.2009 - 10:37
Azərbaycanlı futbolçu Ueyn Runidən qisas alacaq
Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun şərəfini qoruyan soydaşımız Aleksandr Əliyev məşhur ingilis futbolçu Ueyn Runidən qisas alacaq. Apasport.az saytının məlumatına görə, Əliyevin belə fikrə düşməsinin səbəbi var.

25 yaşlı yarımmüdafiəçimiz yığmanın heyətində İngiltərə milli komandası ilə səfər matçında xoşagəlməz anlar yaşayıb. Belə ki, İngiltərə yığmasının hücum xəttinin lideri olan Runi azərbaycanlı futbolçunun üzərinə iki ayağı ilə tullanıb. Bu epizodda Aleksandrın hətta ayağı sınağa bilərmiş. Yaxşı ki, soydaşımız ciddi xəsarətdən yaxa qurtarıb.

İndi Əliyev Runinin payını vermək fikrindədir: “Əgər ayağımda qoruyucu olmasaydı, yəqin ki, sınacaqdı. Meydanda Runidən qisas almaq istəyirdim. Mən də onu vuracaqdım, amma münasib vəziyyət olmadı. Bəlkə bunu Dnepropetrovskda edim? Mən belə də edəcəyəm”.

Ukrayna və İngiltərə milli komandaları arasında cavab matçı bu il oktyabrın 10-da Dnepropetrovskda keçiriləcək.
0